Mayın 9-da separatçı-revanşist hayklar Xankəndində mitinq keçirəcək...

19:11 06.05.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının müvəqqəti (!) olaraq Rusiyanın nəzarətində qalan ərazisindəki separatçı və revanşist xislətli haykların təşkil etdiyi  “Artsaxın etnik təmizlənməsinə yox” qondarma hərəkatının təşəbbüskarları mayın 9-da Xankəndində mitinq keçirməyə çağırırlar.

Hafta.az xəbər verir ki, “Hraparak” nəşrinin yaydığı məlumata görə, onlar bu barədə Azərbaycan dövlətinə yalan, böhtan və hədyan dolu bəyanat yayıblar.

Üzdəniraq mitinq saat 12:00-da Xankəndinin “Dirçəliş” meydanında keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, bu günlərdə mediada yayılan məlumatlardan o da bəlli olub ki, bəhs edilən  separatçı-revanşist hərəkatın bir qrup üzvü Xankəndi-Şuşa yolunun məşhur Xan bağı deyilən əraziyə yaxın hissəsində - yol kənarında iki çadır quraraq “Qarabağdakı ermənilər üçün Laçın dəhlizində maneəsiz gediş-gəlişin bərpa edilməsi” və s. kimi ədalətsiz tələblərlə fasiləsiz aksiya keçirirlər.