MEDİA Yalçın Əlizadənin vəfatı ilə bağlı başsağlığı verib

13:37 03.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Medianın İnkişafı Agentliyi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, filologiya üzrə fəlsəfə doktoru Yalçın Mustafa oğlu Əlizadənin vəfatı ilə bağlı mərhumun ailəsinə başsağlığı verib.

Hafta.az xəbər verir ki, ki, başsağlığıda deyilir:

“Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, filologiya üzrə fəlsəfə doktoru Yalçın Mustafa oğlu Əlizadə 83 yaşında vəfat edib.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi Yalçın Əlizadənin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”.

Media rubrikasından digər xəbərlər