Mədəniyyət işçiləri yaşlı həmkarlarını ziyarət ediblər

17:37 28.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdən çıxma qadağası nəzərə alan Kürdəmir Regional Mədəniyyət İdarəsinin işçiləri ehtiyacı olan ailələrə sosial yardım kampaniyasına qoşulublar.

Hafta.az xəbər verir ki, Kürdəmir Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Füzuli mədəniyyət müəssisələrinin işçiləri uzun illər mədəniyyət sahəsində çalışaraq təqaüdə çıxan, sosial dəstəyə ehtiyacı olan yaşı 65 və daha yuxarı əməkdaşları ziyarət ediblər.

Füzuli rayon mədəniyyət evinin əməkdaşları uzun müddət mədəniyyət sahəsində çalışmış Cavanşir Alıyevə, rayonun Əhmədalılar kənd mədəniyyət evinin kollektivi isə həmin kənddə yaşayan 4 aztəminatlı ailəyə baş çəkərək onların səhhəti ilə maraqlanıb və maddi yardım göstəriblər.

Veteranlar onlara göstərilən diqqət və qayğıya görə ziyarətçilərə təşəkkür edib və dərin minnətdarlığını bildiriblər.

Oxunma sayı 576