Bu gün Media və QHT rəhbərləri, blogerlər və ictimai fəalların işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.
Hafta.az-ın məlumatına görə, səfər çərçivəsində nümayəndələr Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşlarının minatəmizləmə əməliyyatları ilə tanış olublar.
Qeyd edək ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərlik etdiyi heyətdə ölkədəki bütün televiziya, agentlik, əksər sayt və qəzet rəhbərləri, həmçinin çoxlu sayda blogger və sosial media aktivisti təmsil olunur.
***
Bu gün Media və QHT rəhbərləri, blogerlər və ictimai fəalların işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.
Hafta.az-ın məlumatına görə, nümayəndə heyəti Ağdam rayonu ərazisindəki dağıdılmış tarixi ərazilərə baş çəkəcək, eyni zamanda mina təmizləmə əməliyyatını müşahidə edəcəklər.
Gün ərzində səfərlə bağlı əlavə məlumatlar veriləcək.