Yazını böyüt
Yazını kiçilt
Ukraynalı siyasətçi Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenkonun 153 milyon dollar dəyərində əmlakına həbs qoyulub, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, həbs 3 rayonda elektrik şəbəkəsinin paylarına aiddir. Oksana Marçenko bu səhmləri ofşor şirkətlər vasitəsilə idarə edib.
Bundan başqa, ona məxsus 2 torpaq sahəsi, 4 ev, 10 minik avtomobili və 18 müəssisədəki əmlakına da həbs qoyulub.