Rusiyanın keçmiş baş naziri və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial media hesabında 2023-cü il üçün proqnozlarını sıralayıb. Sosial mediada böyük əks-səda doğuran rusiyalı siyasətçinin proqnozları Avropa və ABŞ üçün fəlakət ssenariləri ilə doludur.
“Hər kəs yeni il öncəsi proqnozlar verməyi xoşlayır”. Sözlərinə başlayan rusiyalı siyasətçi “İnsanların çoxu ən gözlənilməz, hətta absurd proqnozları ilə yarışarkən biz də qoşulub üzərimizə düşəni etməyə qərar verdik” deyib.
Medvedevin sosial mediada diqqət çəkən proqnozlar siyahısında ABŞ-ı gözləyən “vətəndaş müharibəsi”, AB-nin dağılması, Texas və Meksikanın ittifaqı kimi diqqət çəkən məqamlar var.
Medvedev ilk öncə proqnozlarına hazırda Rusiya ilə gərginliyin artdığı Avropa qitəsindən başlayıb və Böyük Britaniyanın Aİ-yə yenidən qoşulacağını, lakin Böyük Britaniyanın qayıdışı ilə Aİ-nin dağılacağını deyib.
Medvedevin sözlərinə görə, Çexiya və Slovakiya kimi bölgələri əhatə edən “Dördüncü Reyx” (yeni Alman imperiyası) qurulacaq və Fransa ilə Dördüncü Reyx arasında müharibə başlayacaq. Bu müharibənin sonunda Polşa müharibə tərəfləri tərəfindən bölünəcək.
Medvedev ABŞ-ı dağıdıcı proqnozlarından məhrum etməyib və yeni ildə ölkədə vətəndaş müharibəsinin başlayacağını bildirib. Rusiyalı siyasətçinin proqnozlarına görə, Kaliforniya və Texas müstəqilliklərini elan edəcək, Texas və Meksika isə ortaq ittifaqa girəcək.
Elon Musk vətəndaş müharibəsinin sonunda səhnəyə çıxacaq. Respublikaçılara qoşulan İlon Mask bəzi ştatlarda prezident seçkilərində qalib gələcək.
Yeni il üçün iqtisadi proqnozlar da verən Medvedevin sözlərinə görə, neftin qiyməti bir barel üçün 150 dollara qalxacaq, təbii qazın qiyməti isə pik həddə çatacaq.
2023-cü ilə qədər Avro və Dolların qlobal ehtiyat valyutası olmaqdan çıxacağını iddia edən keçmiş baş nazir bunun əvəzinə rəqəmsal valyutaların istifadə ediləcəyini, qiymətli kağızlar bazarı və maliyyə fəaliyyətlərinin ABŞ və Avropanı tərk edərək, ABŞ-a keçəcəyini proqnozlaşdırmışdı.
Medvedev həmçinin Bretton Woods monetar idarəetmə sisteminin çökəcəyini və bunun BVF və Dünya Bankının məhvinə gətirib çıxaracağını təklif edib.
Əvvəlcə Telegram, sonra isə Twitter-də paylaşılan proqnozlar böyük təsir bağışlayıb. Twitter sahibi Elon Musk MEDVEDEV-in proqnozlarına "Bunlar, indiyə qədər eşitdiyim ən gülünc proqnozlardır" deyərək cavab verib.