Məğlubiyyətə görə yeni "qurban" axtarışı - BU DƏFƏ SEPARATÇILAR ARASINDA

19:10 11.11.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistanda hərbi əməliyyatların ildönümü ərəfəsində yenidən "günahkar" axtarışları başlayıb.

Hafta.az xəbər verir ki, erməni qəzeti olan "Hraparak"ın yazdığına görə, Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibədə ağır məğlubiyyətə görə yeni "günahkar"lar tapmağa çalışır.
Bu dəfə axtarışlar Qarabağdakı separatçı rejimin "nümayəndələri" arasında aparılır. Belə ki, qondarma qurumun "prezident"i Araik Arutyunyanla "Müdafiə Ordusu"nun keçmiş komandanı, "Təhlükəsizlik Şurası"nın keçmiş katibi Samvel Babayan arasında münasibətlər bu günlərdə nəzərəçarpacaq dərəcədə pisləşib.

Qəzet yazır ki, Arutyunyanın tərəfdarları mətbuatda fəal şəkildə Babayanın əleyhinə çıxışlar edir, əsas məsuliyyəti onun üzərinə atmağa çalışırlar. Xüsusilə, Babayanın guya Paşinyanı Lələ-Təpə yüksəkliyini qaytarmaq üçün məlum əməliyyata başlamağa razı saldığı və uğursuz əks-hücum nəticəsində Ermənistan qoşunlarının xeyli itki verdiyi deyilir.

Belə ki, Dağlıq Qarabağda "yeni qurban" statusundan yayınmaq üçün aktiv mübarizə gedir. Əsas “iddiaçılar” Arutyunyan, Babayan və hazırda Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin rəhbəri postunu tutan keçmiş komandir Cəlal Arutyunyandır.