“Seçki öncəsi Türkiyəyə səfər Nikol Paşinyan üçün strateji əhəmiyyət daşıyır. Paşinyan seçkiqabağı öz reytinqini yüksəltmək üçün Türkiyə ilə sərhədlərin açılmasına nail olmaq istəyir”.
Bunu hafta.az-a siysi ekspert Məhəmməd Əsədullazadə Nikol Paşinyanın iyunun 20-də Türkiyəyə səfəri və gözləntilərlə bağlı bildirib.
Ekspert eyni zamanda Azərbaycanın sülh sazişinin bağlanması istiqamətində danışıqlarda maraqlı olduğunu qeyd edib. Ekspert eyni zamanda bildirib ki, Türkiyə Paşinyanın iqtidarda qalmasında maraqlıdır. Çünki bu gün müxalifət Rusiyanın əli ilə ona qarşı təsirlər formalaşdırır.
“Paşinyan şərtləri qəbul edərsə, sülh müqaviləsini bağlamaq mümkündür. Çərçivə sazişinin imzalanması üçün hər hansı əsas görünmür. Sülh sazişinin bağlanması az ehtimal edilir. Amma Türkiyə ilə sərhədlər açıla bilər. Bunun üçün də Ermənistan şərtlərə əməl etməlidir”, - M.Əsədullazadə bildirib.