Yazını böyüt
Yazını kiçilt
İran Məhkəmə Sisteminin rəhbəri Qulamhüseyn Möhsin Ejei seçilmiş islahatçı prezident Məsud Pezeşkianı ölkənin inzibati sisteminə uyğun hökumət qurmağa çağırıb.
Hafta.az-ın yazdığına görə, Möhsin Ejei, "Hökumətin formalaşmasında fəal olmalıyıq və seçilmiş prezidentə İslam Respublikasına uyğun bir hökumət qurmağa kömək etməliyik" deyib.
Pezeşkian hökuməti gələn ayın ortalarında işə başlayacaq, lakin Pezeşkianın ofisi dünən kabinetlə bağlı fərziyyələri təkzib etməyə tələsib.
Dünən Pezeşkianla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Liderlər iki ölkə arasında münasibətləri daha da inkişaf etdirmək və bu il ərzində görüşmək barədə razılığa gəliblər.