Yazını böyüt
Yazını kiçilt
Səudiyyə Ərəbistanının Məkkə şəhərində leysan yağışları daşqına səbəb olub.
Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, yağış səbəbindən Məkkə-Ciddə magistral yolu bağlanıb. Bir çox avtomobillərə ziyan dəyib.
Suyun çəkilməsi üçün 200-dən çox müfəttiş və 4 mindən çox işçinin prosesə cəlb olunduğu bildirilib.
Ciddədəki Kral Əbdüləziz hava limanından verilən açıqlamada əlverişsiz hava şəraiti ilə bağlı bəzi uçuşların təxirə salındığı qeyd olunub.