Meksikada 79 nəfər koronavirusdan öldü

11:38 05.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Meksikada daha 12 nəfər koronavirusun qurbanı olub.

Hafta.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Beləliklə, Şimali Amerika ölkəsində pandemiyadan ölənlərin sayı 79 nəfərə çatıb.

Nazirlik yoluxanların sayının 1 890-a yüksəldiyini vurğulayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. 

Oxunma sayı 167