Məktəbli dönərçini bıçaqladı

19:23 25.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt


Ucarda bıçaqlanma hadisəsi olub.

Şəhər ərazisində məktəbli dönərçini bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, bıçaqlanma hadisəsi bu gün günorta saatlarında şəhər ərazisində baş verib:

"Bir yeniyetmə dönər alan zaman satıcı ilə arasında yaranan münaqişə zəminində sonuncuya bıçaqla yüngül xəsarət yetirib. Xəsarət alan şəxs Ucar rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ucar rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır".

Oxunma sayı 2542