Yazını böyüt
Yazını kiçilt
Bakı Tikiş Evində məktəbli formasının tikilməsinə başlanılıb. Hazırda proses davam edir. Bunu hafta.az-a açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.
Onun sözlərinə görə, hazırda BTE-nin məktəbli formalarının satışı ilə məşğul olan mağazaları da fəaliyyətdədir: “Biz 10 gündür ki, formaların tikilməsinə başlamışıq. Mağazalarımızda da hazır məktəbli formaları var. Biz də yenilərini tikdikcə satış mərkəzlərimizə göndəririk. Hazırda məktəbli forması almaq üçün tək-tək gələn valideynlər var. Amma say elə də çox deyil”.