Məktəblilərin qış tətili olacaq

13:01 15.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məktəblilər üçün yanvarın 27-dən etibarən qış tətili başlayır.

Hafta.az xəbər verir ki, Bu barədə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Bildirilib ki, qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.

Qeyd edək ki, dərs ili ərzində 5 gün payız (16-20 noyabr), 5 gün qış (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz (1-5 may) tətili müəyyən edilib.