Məmmədbağır Əliyev “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM

12:40 08.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məmmədbağır Əliyev “Şərəf” ordeni ilə təltif edilib.

Hafta.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai fəaliyyətinə görə Məmmədbağır Cavad oğlu Əliyev “Şərəf” ordeni ilə təltif edilir.