Mənim atam Vladimir Putindir - ukraynalı futbolçu

15:15 17.05.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Polşanın "Unia Tarnow" klubunun ukraynalı futbolçusu Viktor Putin onun adaşı Rusiya prezidenti Vladimir Putinin Ukraynada müharibəyə başlamasından sonra həyatının necə dəyişməsindən danışıb.

Hafta.az xəbər verir ki, futbolçu bu haqda Tribuna.com-a müsahibəsində danışıb.

Onun sözlərinə görə, Ukraynada müharibə başlayandan sonra Putin adı sanki zəhərli olub, buna görə də indi bəzən azarkeşlərdən təhqiramiz sözlər də  eşidir: “Aqressiv müraciətlər və söhbətlər çoxalıb. Əvvəllər bu mövzuda daha çox zarafatlar olurdu. Bir tərəfdən də insanları başa düşürəm. Mən özüm də bu adı eşidəndə çox  narahat oluram. Amma digər tərəfdən, istəyirəm ki, insanlar başa düşsünlər ki, belə soyadımın olması mənim günahım deyil. Çoxları bunu dərk edir".

“Son matçda meydanı tərk edəndə diktor soyadımı deyəndə, azarkeşlər ayağa qalxıb təhqiramiz “Ruska ku*wa” qışqırmağa başladılar. Mən onları başa düşürəm və məhəl qoymuram. Mən də olsam, bu cür qışqırardım”, - Viktor belə deyib.

"Unia” azarkeşləri isə əksinə, Viktoru dəstəkləyirlər və matçların birində “Hər Putin düşmən deyil. Viktor, biz səninləyik"- deyə bəyan ediblər.

Viktorun atası daha az şanslıdır - o, rus prezidentin tam adaşıdır.

“Atam ümumiyyətlə, Vladimir Putindir, odur ki, onun kifayət qədər hekayətləri var. Həm də tez-tez adını və soyadını dəyişdirməyi xahiş edirlər. Bununla belə, məsələni bu yerə çatdırmaq istəməzdim. Xüsusilə, onun yaşında... Və atamla mən heç bu mövzuda danışmamışıq "-deyə ukraynalı futbolçu əlavə edib.

Oxunma sayı 784