Merkel Navalnını gizli ziyarət edib

11:17 28.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniya kansleri Angela Merkel Rusiya müxalifətinin lideri Aleksey Navalnıya xəstəxanada baş çəkib.

Hafta.az xəbər verir ki, bu barədə “Spiegel” qəzeti yazıb.

Nəşr məlumatı A.Navalnı xəsətəxanadan buraxıldıqdan sonra yayıb.

Qeyd edək ki, A.Navalnı avqustun 20-də zəhərlənib. A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddə aşkarlanıb. O, sentyabrın 23-də isə Almaniyanın “Şarite” klinikasından evə buraxılıb.

Oxunma sayı 824