Yazını böyüt
Yazını kiçilt
Almaniyanın keçmiş kansleri Angela Merkel Ukraynadakı vəziyyətin həllində iştirakı məsələsinə münasibət bildirib. Siyasətçi jurnalistlərin müvafiq sualına cavab olaraq “Corriere della Sera” nəşrinə müsahibəsində “dəyməz” bildirib.
O, münaqişənin “nə vaxtsa” danışıqlarla yekunlaşacağını deyib, lakin vurğulayıb ki, “tətbiq olunan sülhlə açıq və mehriban söhbət arasında fərq var”.
Bundan əlavə, Merkel daha əvvəl Zeit-ə müsahibəsində səsləndirdiyi Minsk razılaşmaları ilə bağlı mövqeyini bir daha təsdiqləyib. “Biz hamımız bilirdik ki, bu, dondurulmuş münaqişədir, problem həll olunmayıb, lakin bu, Ukraynaya qiymətli vaxt verib”.