Mərkəzi Bank 9 ay ərzində 142,4 MİLYARD DOLLAR İTİRİB

13:10 31.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsveçrənin Mərkəzi Bankı (SNB) valyuta bazarlarında baş verən yüksək dalğalanmalar səbəbindən ilin 9 ayı ərzində 142,4 milyard İsveçrə frankı və ya 142,4 milyard dollar ziyana düşdüyünü açıqlayıb.

Hafta.az-ın yazdığına görə, bu SNB-nin 115 illik tarixində ən böyük itkidir.

Son zamanlar inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini artıran SNB-nin ümumi itkisi qızıl, valyuta və 1,1 milyard İsveçrə frankı həcmində səhmlərin ucuzlaşması üzündən baş verib. 

Ekspertlər qeyd ediblər ki, hələ də davam edən böyük itkilər ilin sonunadək SNB-nin 204 milyard İsveçrə frankı və ya eyni məbləğdə dollar ehtiyyatını əridə bilər.