Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı

13:19 30.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Bank növbəti depozit hərracında 200 milyon manat cəlb edib.

Hafta.az bu barədə Banka istinadən məlumat verir.

Noyabrın 30-da keçirilmiş hərracda tələb təklifi təxminən 4 dəfə üstələyərək 772,5 milyon manata çatıb.

Hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil edib.

Vəsaitlər 14 gün müddətində cəlb edilib.

Oxunma sayı 730