Mərkəzi Bank ödəniş xidmətləri ilə bağlı qanun layihəsini Nazirlər Kabinetinə təqdim edib

14:10 01.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Bankın hazırladığı "Ödəniş xidmətləri və sistemləri haqqında" qanun layihəsi baxılması üçün Nazirlər Kabinetinə təqdim edilib.

Bu barədə hafta.az-a Mərkəzi Bankdan bildiriblər.

Qeyd olunub ki, layihənin qəbul olunması Azərbaycanda ödəniş xidmətlərinə çıxış imkanlarının genişlənməsinə, eləcə də innovativ texnologiyalar və rəqəmsal ödəniş vasitələri əsasında nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsinıə kömək edəcək:

"Eyni zamanda bu qanun layihəsi onlayn və mobil ödənişlərin inkişafına təkan verəcək, onların daha təhlükəsiz funksiyasına, istehlakçıların etibarlı müdafiəsinə kömək edəcək"

 

Bankdan bildiriblər ki, ümumilikdə qanun layihəsi Azərbaycanda yeni ödəniş ekosisteminin yaradılmasını, ödəniş bazarında rəqabəti və səmərəliliyi təmin edəcək. İstehlakçılar üçün daha geniş ödəniş növləri təklif olunacaq, onların hüquqları isə daha etibarlı hüquqi baza çərçivəsində qorunacaq.

İqtisadiyyat rubrikasından digər xəbərlər