Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq

10:24 30.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 1-də Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını açıqlayacaq.

Hafta.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Qeyd edək ki, 28 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.75%-dən 7.5%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.75%-dən 8.5%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.trend