Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını sabah açıqlayacaq

10:29 20.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarı 2024-cü il iyunun 21-də açıqlanacaq.

Mərkəzi Bank mayın 1-də uçot dərəcəsini 7,5 faizdən 7,25 faizə endirib. Faiz dəhlizinin yuxarı həddi 8,5 faizdən 8,25 faizə endirilib, aşağı həddi isə dəyişməyərək 6,25 faiz olub.

Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin sabitləşməsi və risklər balansında dəyişikliklər nəzərə alınaraq qəbul edilib.

Mərkəzi Bankın da dediyi kimi, inflyasiya proqnozunun aşağıya doğru dəyişdiyini nəzərə alsaq, faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin aşağı salınması monetar şəraitin yumşaldılmasına yönəlib.

Oxunma sayı 111