Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayacaq 

14:25 11.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanda pul siyasəti ilə bağlı proqnozunu sabit saxlayıb.

 

Hafta.az xəbər verir ki, ING Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üzrə uçot faiz dərəcəsi üzrə proqnozunu dəyişməyərək 8% müəyyən edib.

ING-nin proqnozuna görə, AMB yalnız, 2025-ci ilin birinci rübündə uçot dərəcəsini 7,75%-ə endirəcək, ilin sonunda isə bu, 7%-ə qədər azaldılacaq.

 

Qeyd edək ki, Mərkəzi Bank son iki qərarı ilə uçot dərəcəsini endirib. Sonuncu dəfə ötən il dekabrın 20-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8,5%-dən 8.00%-ə, faiz dəhlizinin aşağı həddi 7.0%-dən 6,5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9,5%-dən 9.0%-ə kimi azaldılıb. AMB bu il ilk dəfə yanvarın 31-də uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.