Mərkəzi Banka yeni baş direktor təyin edilib

11:29 22.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Mərkəzi Bankında (AMB) baş direktor vəzifəsinə təyinat olub.

Hafta.az xəbər verir ki, AMB-nin sədri Taleh Kazımovun əmri ilə Gülər Azər qızı Paşayeva sözügedən vəzifəyə təyin edilib.

Qeyd edək ki, Gülər Paşayeva daha əvvəl "Paşa Bank"da işləyib. Orada kassir kimi fəaliyyətə başlayıb və departament direktoru vəzifəsinə qədər yüksəlib. Bu il iyunun 1-dən isə Mərkəzi Bank komandasına qoşulub və sədrin müşaviri vəzifəsində çalışıb.