Mərkəzi Bankın sədri Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

16:30 03.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov qurumun əməkdaşları, Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Şahin Mahmudzadə və İlahə Baxışova Tahirli ilə görüşüb.

AMB-dən hafta.az-a bildirilib ki, görüş zamanı qurumun sədri Taleh Kazımov müsabiqədə əməkdaşlarımızın iştirakı və seçim mərhələlərindəki yüksək nəticələri barədə danışaraq əməkdaşlarımızı qürurverici uğur qazanmaları münasibətilə təbrik edib və onlara gələcək karyera fəaliyyətlərində uğurlar arzulayıb.