Mərkəzi Bankın valyuta ehtiyatları açıqlandı

11:14 03.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2025-ci il iyun ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 94.6 milyon ABŞ dolları təşkil edib.

Hafta.az AMB-yə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 32.1 milyon dollar çoxdur.

Qeyd edək ki, AMB-nin valyuta ehtiyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3% və ya 619.1 milyon ABŞ dolları azalıb.