Mərkəzi Bankın valyuta ehtiyatları 10 faizdən çox artıb

16:12 01.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2021-ci il noyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 7,041 milyard dollar təşkil edib.

Hafta.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artıb.

Ötən ayla müqayisədə isə valyuta ehtiyatları 0,1 faiz və ya 7,3 milyon dollar artıb.