“Məryəm” filmi istehsala buraxılıb

17:22 24.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rejissor Elçin Musaoğlunun quruluş verdiyi “Məryəm” filmi istehsala buraxılıb.

Kinostudiyanın mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, hazırda film üzərində iş prosesi davam edir. Filmin çəkilişləri may-iyun aylarında Şəki, Qax, Zaqatala və Balakən bölgələrində aparılacaq.

Filmin süjet xətti ölmüş bildiyi atasını görmək üçün uzun illər sonra Azərbaycana gələn və onu ucqar rayonda yerləşən ruhi-əsəb xəstəxanasında tapan Məryəm adlı qızdan bəhs edir.