Məşhur bazar YANIR-FOTO-YENİLƏNİB

15:00 01.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

FHN-in "112" qaynar xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.

Hafta.az xəbər verir ki, hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırlıb.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Bakıda bazar yanır.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb.

Avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.