Məşhur "LEGO-insan" fiqurunun yaradıcısı vəfat edib

11:25 23.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məşhur LEGO insan fiqurunun yaradıcısı Yens Niqard Knudsen Danimarkada 78 yaşında vəfat edib.

30 ildən çoxdur ki, Y.N.Knudsen Danimarkanın "Lego Group" şirkətində dizayner olub.

O, keçən əsrin 70-ci illərinin sonlarında çıxan məşhur hərəkətli əl və ayaqları olan insan mini-fiqurunun yaradıcılarından biri oldu.

Ölüm səbəbi yan amiotrofik skleroz olub. Bu, sinir sisteminin əzalarını iflic edən və əzələ atrofiyasına səbəb olan sağalmaz xəstəlik sayılır.