Metro gücləndirilmiş iş rejiminə keçir

15:28 13.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dərslərin başlaması ilə əlaqədar metro gücləndirilmiş iş rejiminə keçəcək. 

Hafta.az xəbər verir ki, gur saatlarda qatarlar arasında “Həzi Aslanov-28 May” sahəsində interval texniki cəhətdən mümkün həddə - 2 dəqiqəyə qədər azaldılacaq. Yaşıl və Qırmızı xətlər “28 May” stansiyasında kəsişərək birləşdiyindən, gur saatlarda qatarların intervalı “İçərişəhər” və “Dərnəgül” stansiyaları və əks istiqamətdə 4 dəqiqəyə qədər endiriləcək.