Metrodan istifadə edən sərnişinlərin sayı artıb

10:57 17.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2023-cü ilin yanvar-may aylarında Bakıda metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 12,4 faiz artaraq 91,8 milyon nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ümumilikdə qeyd olunan müddət ərzində Azərbaycanda nəqliyyatçılar 742,8 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,1 faizi avtomobil nəqliyyatı, 12,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.