Məzahir Pənahov yenidən MSK-nın sədri seçildi

16:44 27.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məzahir Pənahov yenidən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri seçilib.

Hafta.az-ın məlumatına görə, bu gün MSK-nın yeni tərkibdə ilk iclası keçirilib.

İclasda təşkilati məsələlərə baxılır, həmçinin MSK üzvləri komissiyanın sədrini və katibini seçiblər.

Sədr vəzifəsinə Məzahir Pənahov, katib vəzifəsinə Arifə Muxtarova və Mikayıl Rəhimov seçilib.