“Microsoft” şirkəti mayın 15-dən Rusiyadakı şirkət və təşkilatlarının yarıdan çoxunun “bulud xidmətləri”nə abunəliyini dayandırdığı bildirilir.
Hafta.az-ın yazdığına görə, Rusiyada müştərilərə texniki dəstək göstərən Softline Group-un nümayəndələri bu vəziyyəti Telegram kanalında mesajla açıqlayıblar.
Rusiyada neçə istifadəçi şirkətinə girişin məhdudlaşdırıldığı dəqiq göstərilməyib.
Mesajda “Microsoft-un CSP kanalında 15 Mayda başlayan Visio Online, Project Online, Power BI abunəliklərinə giriş məhdudiyyəti davam edir. Bu günə qədər Rusiyada qeydiyyatdan keçmiş təşkilatların yarısından çoxu satıcı məhdudiyyətləri ilə qarşılaşıb. Microsoft bu abunəliklərin statusunu "dayandırılıb" olaraq dəyişib, “Bu vəziyyətdə olanlar xidmətlərdən istifadə edə bilməz” yazılıb.
Yazda Microsoft Rusiya şirkətlərinə məktub göndərərək, 20 mart 2024-cü il tarixindən etibarən bulud məhsullarına çıxışını bağlayacağını bildirib. Amerika şirkəti qərarını Aİ-nin sanksiyaları ilə izah edib ki, bu sanksiyalar “Microsoft”a “Rusiyada qeydiyyatdan keçmiş təşkilatlara müəyyən idarəetmə və dizayn proqram təminatı (o cümlədən bulud həlləri)” təqdim etməyə imkan vermir.