Microsoft sentyabrdan başlayaraq Rusiyada lisenziyaları yeniləməyəcək

11:40 11.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2022-ci ilin fevral ayından etibarən Rusiyada yeni məhsulların satışını qadağan edən Amerika mərkəzli İT nəhəngi Microsoft, sentyabrın 30-dan başlayaraq Rusiya şirkətlərinin proqram təminatı lisenziyalarının yenilənməsini dayandıracağını açıqlayıb.

Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, “Microsoft” bundan sonra Rusiyadakı xidmətlərinə görə yerli bank hesabına edilən ödənişləri qəbul etməyəcək.

Microsoft-dan bəzi müştərilərə göndərilən rəsmi xəbərdarlıq mesajlarında yerli banklara ödəniş edilməyəcəyi və 30 sentyabr 2023-cü il tarixindən sonra mövcud abunəliklərin yenilənə bilməyəcəyi üçün Microsoft-un istifadəçilərə 60 gün əvvəl xəbərdarlıq mesajı göndərdiyi vurğulanır.

Microsoft-un bu qərarından sonra Windows əsaslı əməliyyat sistemlərindən istifadə edən kompüterlərdə hansı növ nasazlıqların baş verə biləcəyi barədə hələ ətraflı izahat verilməyib.