Mikroavtobus piyadanı vurub öldürüb

09:39 07.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Balakəndə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan hafta.az-a bildirilib ki, hadisə Püştətala kəndində baş verib.

Ülvi İsmayılov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən piyada, 2001-ci il təvəllüdlü Alqayev Abdulla Kənan oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.