Mikroavtobusdan 10 min manat oğurlandı 

11:26 02.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şirvanda mikroavtobusdan 10 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumata verilib.

 

Bildirilib ki, Baş Cinayət Axtarışı İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2020-ci ilin dekabr ayında Şirvan şəhəri ərazisində “Mercedes” markalı bir mikroavtobusdan 10.300 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Səməndərli saxlanılıb.

 

Araşdırma aparılır.