Millət vəkillərimiz Türkmənistana səfər edəcəklər

11:53 05.12.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və Türkmənistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tənzilə Rüstəmxanlı dekabrın 8-də Türkmənistan Respublikasının Avaza şəhərinə səfər edəcəklər.

Bu barədə Hafta.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Millət vəkillərimiz səfər çərçivəsində “Müasir cəmiyyətdə qadınların rolu: dayanıqlı inkişaf naminə beynəlxalq əməkdaşlığın inkişafı” adlı beynəlxalq konfransda iştirak edəcəklər.

Tədbirdə qadınların cəmiyyətdəki rolunun möhkəmləndirilməsi, onların iqtisadi-siyasi və sosial sahələrdə iştirakının artırılması, o cümlədən bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi mövzuları müzakirə ediləcək.

Səfər dekabrın 11-də başa çatacaq.