Milli Kino mükafatı təqdim edilib

22:19 02.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Milli Kino mükafatını təqdim edib.

Hafta.az xəbər verir ki, Milli Kino Mükafatı 2 avqust Milli kino günü münasibətilə təşkil edilən tədbirdə Əməkdar incəsənət xadimi Rafael Qənbərova təqdim edilib.

Mükafatın məbləği 2 min manatdır.

Qeyd edək ki, Milli Kino Mükafatı 2012-ci ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin qərarı ilə təsis edilib və Azərbaycanda ən yüksək kino mükafatıdır.

Oxunma sayı 1613