Milli Məclis Qırğızıstanla hava əlaqəsi haqqında sazişi təsdiq etdi

13:12 28.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında" Sazişin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Hafta.az-ın məlumatına görə, 2022-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış Saziş Qırğızıstanla hava əlaqələrinin qurulmasını, iki ölkənin bir-birinin hava məkanından istifadə etməsi və s. məsələləri nəzərdə tutur.

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Siyasət rubrikasından digər xəbərlər