Millimiz Avropa çempionatında final matçına çıxır

09:55 11.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Minifutbol üzrə Azərbaycan millisi bu gün Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında final oyununa çıxacaq.

 

Hafta.az-ın məlumatına görə, Elşad Quliyevin baş məşqçi olduğu komanda həlledici matçda Rumıniya seçməsi ilə üz-üzə gələcək.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də start götürəcək. Üçüncü yer uğrunda görüşdə isə Qazaxıstan Bolqarıstanı sınağa çəkəcək.

 

Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Qazaxıstana 3:2, Rumıniya isə Bolqarıstana 4:0 hesabı ilə qalib gəlib.