Millimiz Avropa çempionu olub

23:06 22.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda keçirilən U-23 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

Hafta.az İdman.biz-ə istinadən xəbər verir ki, millimiz qitə birinciliyində uğurlu çıxış edərək tarixi nəticəyə imza atıb.

3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yığmamız 163 xal toplayaraq ilk dəfə komanda hesabında U-23 Avropa çempionu olub. Millimiz ən yaxın izləyicisi Gürcüstanı 25 xal qabaqlayıb. Türkiyə 135 xalla üçüncü yeri tutub.


Qeyd edək ki, komandamızın tərkibində Ziya Babaşov (63 kq) Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq) qızıl, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medal qazanıb.

Oxunma sayı 123