Millimiz bu gün Qazaxıstanla qarşılaşacaq 

09:21 03.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında mübarizəyə başlayacaq. 

 

Hafta.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi komanda səfərdə Qazaxıstan yığması ilə qarşılaşacaq. 

 

Saat 18:00-da start götürəcək qarşılaşma “Astana Arena”da keçiriləcək.


 
UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
3 iyun


 
18:00. Qazaxıstan – Azərbaycan
Hakimlər: İstvan Vad, Vencel Tot, İstvan Albert, Ferents Karako (hamısı Macarıstan).
Nur-Sultan, “Astana Arena”.