Millimiz dünya çempionu oldu

18:00 16.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan millisi Bakıda keçirilən çövkən üzrə dünya çempionatının qalibi adını qazanıb.

 

Hafta.az xəbər verir ki, Binə Atçılıq Mərkəzində baş tutan həlledici görüşdə komanda Mərakeş yığması ilə üz-üzə gəlib.

 

Qarşılaşma Azərbaycan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolu millinin kapitanı Elçin Camallı vurub. Bununla da yığmamız çövkən üzrə ilk dünya çempionatının qalibi adını qazanıb.

 

Üçüncü yer uğrunda görüşdə isə Nigeriya millisi Özbəkistan komandasını penaltilər seriyasında məğlub edib.

 

Qeyd edək ki, dünya çempionatına iyunun 10 da start verilib. Yarışda 10 komanda iki qrupa bölünməklə iştirak edib.

Oxunma sayı 121