Milyarder klubunun son üzvü

12:55 13.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Dünyaca məşhur ABŞ qolfçusu Tayqer Vuds Forbes-in milyarderlər siyahısına daxil olub. Hafta.az xəbər verir ki, Forbes-ə görə, Vudsun sərvətinin böyük hissəsi - Nike, Rolex və Monster Energy kimi brendlərlə əməkdaşlıq müqavilələrindən irəli gəlir.

Ötən il keçirdiyi yol qəzasından sonra sağalma prosesi davam etdiyi üçün yarışlardan uzaq olan məşhur qolfçu Tayqer Vuds "Los Angeles Lakers" komandasının ulduz basketbolçusu LeBron James və NBA-nın əfsanə Michael Jordandan sonra milyarderlər klubuna qatılan üçüncü idmançı oldu. Forbes dünyanın ən çox qazanan idmançılarından biri olan Tiger Vudsun sərvətinin ən azı 1 milyard dollara çatdığını açıqlayıb.

2012-ci ilə qədər Vuds eyni jurnalın 10 il dalbadal "Ən yüksək maaş alan idmançılar" siyahısında birinci olmuşdu. Ulduz idmançı qazancının 10 faizindən də azını qolfdan qazanır.