Yazını böyüt
Yazını kiçilt
Amerikalı milyarder və maliyyəçi Tomas Li ölü tapılıb. Reuters-in məlumatına görə, onun 78 yaşı var idi.
The New York Post qəzetinin yazdığına görə, Li intihar edib. Maliyyəçinin meyiti Manhettendəki ofisində tapılıb.
Ailə dostu Maykl Sitrik belə şərh edib: “Dünya onu özəl kapitalın qabaqcıllarından biri və uğurlu iş adamı kimi tanısa da, biz onu sadiq ər, ata, baba, qardaş, dost və xeyriyyəçi kimi tanıyırdıq".
Forbes-in məlumatına görə, Linin sərvəti 2 milyard dollar qiymətləndirilir.