Mini futbol üzrə Azərbaycan millisi Avropa çempionu oldu

23:49 11.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mini futbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatında final oyununa çıxıb.

Hafta.az-ın məlumatına görə, Slovakiyanın Koşitse şəhərində keçirilən həlledici qarşılaşmada komandamızın rəqibi Rumıniya olub.

Yığmamız 1:0 hesablı qələbə qazanaraq, 10-cu dəfə təşkil edilən Avropa çempionatında ilk çempionluğuna yiyələnib.