Minifutbol üzrə yığmamız Avropa çempionatında 1/4 finala yüksəlib

14:57 08.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın minifutbol üzrə yığma komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib.

Hafta.az xəbər verir ki, baş məşqçi Elşad Quliyevin rəhbərlik etdiyi komanda 1/8 finalda İsraili 3:0 hesabı ilə məğlub edib.

Millimizin növbəti mərhələdə rəqibi Slovakiya - Gürcüstan matçının qalibi olacaq.