Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi

20:56 25.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi.

Hafta.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı söyləyib.

Dövlətimizin başçısı qeyd edib:

“Onun (Minsk qrupu – red.) həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar.